Tarixi

 

Qədim və Orta əsrlərin ticarət karvanları mərhələləri[Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən PlinininPlutarxın, HerodotunPtolomey və Strabonunadlarını çəkmək olar.

Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məl

umatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Belə ki, filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı məlumat vermişdir. Strabonun yazdığına görə hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir (Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı. Böyük İpək Yolu tr

assları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu.

Hələ qədim zamanlardan marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı. Çünki əcnəbi tacirlər və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Böyük İpək Yolu ilə gətirilən antik mallar əsas anbar məntəqələrində Mingəçevirdə yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin yaxınlığında yerləşirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz Albaniyası paytaxtı – QəbələŞamaxı və Bərdə şəhərlərində aparılan çoxillik iri miqyaslı arxeoloji qazıntılar bu məlumatları təsdiq edir. Bu cür təsəvvür etmək olar ki, Orta AsiyaHindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılırdı. Bu trasslardan biri Bərdədən cənuba NaxçıvanKiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən QəbələBöyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı–Dərbənd Şimali Qafqaz istiqamətində gedirdi.

İpək yolu trassı üzərində TəbrizMarağaƏrdəbilGəncəNaxçıvanOrdubad, Nuxa (Şəki) Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.

Böyük coğrafi kəşflərdən XIX əsrin sonlarına qədər olan mərhələ

Rusiyadan İrana və Hindistana gedən dəniz və qurur yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlqələrində böyük rolu var idi. Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa–Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb oldu, bunların ölüçüləri əvvəlki dövrlərdə inşa edilənlərə nisbətən daha böyük idi. Müxtəlif zamanlarda Azərbaycana səyahət edən tarixçilər və səyyahlar karvansaraları öz səyahətnamələrində qeyd etmişlər. Hazırda bunlardan Multanı (XII–XIV), Buxara (XIV–XVI), Fars, Ləzgi və s. bizim günlərə gəlib çıxmışlar.

Müxtəlif dövrlərdə Azərbaycanda olmuş səyyahların, tacirlərin, diplomatların (Marko PoloRyui Qonzales KlaxvioAfanasi Nikitinİosafat BarbaroAmbrozio KontariniAntoni CenkinsonVincensi AlesandriSadkoÖvliyə ÇələbiFedor Kotov) səyahətnamələrində olan qeydlər Azərbaycan xalqının hələ o zaman ümumdünya tarixi tərəqqi prosesində layiqli yer tutduğunu göstərir.

XIX əsrin sonu XX əsrin ortalarına qədər olan kütləvi turizm mərhələsi

XIX əsrin sonlarında XX əsrin əvvəllərində Bakının karvansaralarında qonaqlar üçün komfort şərait yaratmaq məqsədi ilə karvansara binalarında yenidənqurma işləri aparılaraq, onlar mehmanxana kimi istifadə olunurdu. Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm–ekskuriya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur. Azərbaycanda mütəşəkkil turizmin tarixi 1908–ci ilə aid etmək olar. Belə ki, 1908–ci ildə Krım–Qafqaz dağ klubunun filiallarından biri Bakıda açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. XIX əsrin sonu XX əsrin əvvələrində turizmin inkişafına elmi və həvəskar cəmiyyətlər (coğrafiya cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəmiyyəti və b.) diqqət yetirməyə başladılar.

XIX əsrin sonlarından sonrakı mərhələ[

“Rusya Turizm Cəmiyyəti” (RTC), 1929–cu ildə “Proletar Turizm Cəmiyyəti” (PTC) adlanana qədər ölkədə əsas turizm hərəkatının mərkəzinə çevrilmiş, müxtəlif şəhərlərdə o cümlədən Bakıda yerli şöbələri açmışdı. Cəmiyyətin (yəni RTC-nin) əsas vəzifələri – zəhmetkeşlər arasında özfəaliyyət turizminin inkişafı, turizmə geniş, mütəşəkkil ictimai hərəkat forması vermək, diyarşünaslıq elementlərinin turizmə təqbiq olunması və.s. idi. PTC əsas məqsədi isə turizmin tətbiq olunması, kütləvi hərəkata çevrimək, zəhmetkeşlərin müxtəlif təbəqələrini (əsasən az təminatlı) əhatə etmək, turizmdən onların siyasi və mədəni səviyyəsinin artmasına vasitə kimi istifadə etmək olmuşdu. PTC–nin vəzifələri ölkədə sosializm quruculuğunun məqsədləri ilə tam uyğun idi. Ona görə də 1930–cu ilin mart ayında SSRİ Xalq Komissarlığı “Sovtur” səhmdar cəmiyyətini ilə PCT–nin birləşdirilməsi haqqında qərar qəbul etdi və Ümumdünya Könüllü Proletar turizm və ekskursiyaçılar cəmiyyəti (ÜKPTEC) yaradıldı.1922–ci ildə Bakıda ilk ekskursiyaçı dərnəkləri yaradıldı. Ekskurisyalar əsasən Bakının zavod, fabrik və neft mədənlərində çalışan fəhlələrin digər istehsalat sahələri ilə tanış olmaq xarakteri daşıyırdı. Yay aylarında Xəzər sahilinə – Mərdəkan, Şüvəlan, Buzovna, Türkan,Zığ, Artyom adası və Şıx zolağına istiraht məqsədli eksursiyalar təşkil olunurdu. 1927–ci ildə 450 esksurisya gəzintisi keçirilmişdi. Bu illərdə Azərbaycanda turizm-ekskursiya fəaliyyəti ilə məşğul olan ən fəal Həmkarlar İttifaqları olmuşdur. Azərbaycanda 1929–cu ildən Proletar turizm və ekskursiyalar cəmiyyətinin bölməsi kimi fəaliyyət göstərən AZ. PTEC 1935–ci ildən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi nəzdində fəaliyyətə başladı.Bununla əlaqədar Azərbaycan SSR Xalq Komissarları Şurasının 11 may 1935–ci il tarixli 476 saylı qərarı turizm ekskursiya işini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər görüldü. Kirovabad (Gəncə) şəhərində Az.PTEC Kirovabad raysovetinin bazası yaradıldı. Hacıkənddə turbaza 3 ev kirayəyə götürüldü. Göygölün sahilində 20 yerlik çadır düşərgəsi təşkil olundu.

Müstəqillik dövrünə qədər (1950-1991)

Turistlərin səyahətlərinin və istirahətlərinin maraqlı keçməsi üçün turbazalarda velosiped və atlarla yürüşlər və gəzintilər təşkil olunurdu. 1936–cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi turizmin ölkədə gələcək inkişafın könüllü özfəaliyyət cəmiyyəti çərçivəsində az səmərəli olduğunu nəzərə alaraq, 17 aprel 1936–cı il tarixli qərarı ilə Proletar turizmi və ekskursiyalar cəmiyyətini ləğv etdi. 1940–cı ildən turizm sahəsində fəxri adlar tətbiq olunmağa başladı. Xüsusi xidmətlərə görə “SSRİ turisti” döş nişanı ilə təltif olunurdular. İkinci dünya müharibəsi illərində bütün SSRİ–də olduğu kimi Azərbaycanda da turizm ekskursiya fəaliyyəti dayandırıldı. Müharibədən sonrakı illərdə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi geniş vüsət tapmağa başladı.

1950–ci il sentyabr ayında Bakı turist bazası yaradıldı. O vaxtlar bu baza Nizami adına istirahət parkında yerləşdirildi. 1957–ci ildə Mingəçevirdə və Hacıkənddə turist bazaları təşkil olunur. 1958–ci ildə Zaqatalada1960–cı ildə Şuşada və Göygöldə turist bazaları fəaliyyətə başladı. Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm ekskursiyalar idarəsi 1962–ci ildən Turizm üzrə Azərbaycan Respublika Şurası, 1969–cu ildən Turizm Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurası adlandırıldı. Zəhmətkeşlərin yay istirahətinin təşkili üçün 1962–ci ildən Nabranda (Xaçmaz rayonuBakı turist bazasının filialı kimi 150 nəfərlik “Sputnik” turist çadır düşərgəsi yaradıldı. 1963–cü ildə Bakıda turist klubu, Nabranda “Xəzər” turist bazası1965-ci ildə Bakıda, iki ildən sonra Gəncədə, Sumqayıtda1969–cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində ekskursiya büroları yaradıldı. 1970–ci ildə Zaqatalada və 1972–ci ildə Şuşada turist bazalarının yeni əsaslı binaları, 1975–ci ildə Qəbələdə Qafqaz və Xaçmaz rayonunun Nabran bölgəsində “Dostluq” turist bazası, elə həmin il Bakıda “Qarabağ” turist mehmanxanası istifadəyə verildi. Bir qədər əvvəl isə Xankəndində (1971) və Mingəçevirdə (1972) ekskursiya büroları açıldı.

Sonrakı illərdə Azərbaycanın müxtəlif rayonlarında; Naxçıvanda 1978–ci ildə ilk turizm təşkilatı (Səyahətlər və ekskursiyalar bürosu) yaradıldı. 19701987–ci illər ölkədə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunurdu. Xarici turizmin maddi–texniki bazasını genişləndirmə məqsədi ilə 1973–cü ildə Bakıda Azərbaycan Respublikasında ən böyük mehmanxana kompleksi olan 1942 yerli Azərbaycan mehmanxanası istifadəyə verildi. 1978–ci ildə “İnturist” səhmdar cəmiyyətinin tabeliyində 200 yerlik komfortlu Moskva mehmanxanası da əlavə edildi.

1983–cü ildə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul olundu. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Sovetinin 1984–cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2000–ci ilə qədər Turizmin inkişaf sxemi tərtib edildi.

Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987–ci ildə nail olmuşdur. Həmin il respublikaya xarici ölkələrdən 50, SSRİ–nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Azərbaycana turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki Qarabağ turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı.

1988–ci ildə Dağlıq Qarabağ muxtar vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycana daxili və xarici turistlərin axını xeyli azalmışdır. XankəndiŞuşaSumqayıt, sonra isə Bakıda fövqəladə vəziyyətin tətbiqi, əslində respublikanın bu regionlarında bir sıra turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb oldu. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi ilə nəticələndi. Azərbaycan hökumətinin qərarı ilə 1988–ci ilin dekabrında Ermənistandan qovulmuş azərbaycanlıların respublikanın turist bazarlarında yerləşdirilməsinə başlanıldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir